• Home  
  • Kəngərlidə avtomobil aşıb, körpə ölüb, valideynləri xəsarət alıb
- Gündəm - Hadisə - Ölkə

Kəngərlidə avtomobil aşıb, körpə ölüb, valideynləri xəsarət alıb

Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Əks-səda xəbər verir ki, hadisə rayonun Xok kəndi ərazisində qeydə alınıb. 77-KS-302 dövlət qeydiyyat nişanlı “KİA” markalı avtomobilinin aşması nəticəsində maşında olan 1994-cü il təvəllüdlü Məğrur Məşur oğlu Quliyev və onun həyat yoldaşı, 2000-ci il təvəllüdlü Gülarə Elçin qızı Quliyeva müxtəlif xəsarətlər alıblar. Yaralılar […]

Hadisə

Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Əks-səda xəbər verir ki, hadisə rayonun Xok kəndi ərazisində qeydə alınıb.

77-KS-302 dövlət qeydiyyat nişanlı “KİA” markalı avtomobilinin aşması nəticəsində maşında olan 1994-cü il təvəllüdlü Məğrur Məşur oğlu Quliyev və onun həyat yoldaşı, 2000-ci il təvəllüdlü Gülarə Elçin qızı Quliyeva müxtəlif xəsarətlər alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Onların qəza nəticəsində xəsarət alan 2026-cı il təvəllüdlü övladlarının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.