Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələri olan 1-ci və 2-ci Yasamal Yaşayış Komplekslərində, habelə 2-ci Hövsan Yaşayış Kompleksində yerləşən, Agentliyə məxsus MİDA MMC-nin xüsusi mülkiyyətində olan ümumilikdə 13 qeyri-yaşayış obyekti və onlara aid zirzəmi sahələri qanunvericiliyə uyğun olaraq hərrac vasitəsilə satışa çıxarılacaq.
Əks-səda xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, hərracı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Hərracların Təşkili Mərkəzi keçirəcək.


