• Home  
  • Keniyada avtomobil minaya düşüb, ən azı beş polis əməkdaşı ölüb
- Dünya - Gündəm - Hadisə

Keniyada avtomobil minaya düşüb, ən azı beş polis əməkdaşı ölüb

Keniyanın Mandera dairəsində patrul avtomobilinin əldəqayırma partlayıcı qurğuya düşərək partlaması nəticəsində təhlükəsizlik qüvvələrinin azı beş əməkdaşı həlak olub. Əks-səda xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Planlı reyd zamanı patrul avtomobili əsas təchizat marşrutu boyu yerləşdirilmiş əldəqayırma partlayıcı qurğuya düşərək partlayıb. Maşın tamamilə darmadağın olub, onun daxilindəki beş təhlükəsizlik əməkdaşı hadisə yerindəcə ölüb. Partlayışdan […]

Keniyanın Mandera dairəsində patrul avtomobilinin əldəqayırma partlayıcı qurğuya düşərək partlaması nəticəsində təhlükəsizlik qüvvələrinin azı beş əməkdaşı həlak olub.

Əks-səda xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Planlı reyd zamanı patrul avtomobili əsas təchizat marşrutu boyu yerləşdirilmiş əldəqayırma partlayıcı qurğuya düşərək partlayıb. Maşın tamamilə darmadağın olub, onun daxilindəki beş təhlükəsizlik əməkdaşı hadisə yerindəcə ölüb.

Partlayışdan sonra xüsusi təyinatlı bölmənin döyüşçüləri ilə ehtimal edilən hücumçular arasında atışma baş verib, lakin yaraqlılar qaça biliblər. Onları təqib etmək üçün bölgəyə əlavə qüvvələr göndərilib.

Toqquşma zamanı yaralanan bir neçə təhlükəsizlik qüvvələri əməkdaşı Nayrobiyə aparılıb.

Hələ ki, heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.