• Home  
  • Kipr sahillərində qayıq qəzaya uğrayıb, bir nəfər həlak olub
- Dünya - Gündəm - Hadisə

Kipr sahillərində qayıq qəzaya uğrayıb, bir nəfər həlak olub

Kipr sahillərində qayığın qəzaya uğraması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” yerli mediaya istinadən məlumat yayıb. “Fırtına səbəbindən üç qayıq qayalara çırpılaraq Kipr sahillərində batıb. Bir nəfər ölüb, altı nəfər xilas edilib”, – məlumatda bildirilib. Dəqiqləşdirilib ki, ölən şəxsin cəsədi adanın cənub-şərq sahilindəki Qreko burnu yaxınlığında sudan […]

Hadisə

Kipr sahillərində qayığın qəzaya uğraması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Əks-səda xəbər verir ki, bu barədə “Reuters” yerli mediaya istinadən məlumat yayıb.

“Fırtına səbəbindən üç qayıq qayalara çırpılaraq Kipr sahillərində batıb. Bir nəfər ölüb, altı nəfər xilas edilib”, – məlumatda bildirilib.

Dəqiqləşdirilib ki, ölən şəxsin cəsədi adanın cənub-şərq sahilindəki Qreko burnu yaxınlığında sudan çıxarılıb, iki nəfər xəstəxanaya çatdırılıb.

Şənbə günü güclü yağış və şiddətli külək Aralıq dənizi adasını cənginə alaraq bir sıra rayonlarda daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.