Rusiya ordusunun sentyabrın 11-i səhər saatlarında Kiyevə reaktiv dronlarla zərbələri nəticəsində yanacaqdoldurma məntəqələri (YDM) vurulub.
Əks-səda xəbər verir ki, Ukraynanın paytaxtında dörd yanacaqdoldurma məntəqəsi məhv edilib.
YDM-lər Kiyevin Obolon, Qolosiv və Poznyaki rayonlarında yerləşirdi.
Zərbələr nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.


