• Home  
  • Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var
- Dünya - Gündəm - Hadisə

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalın Qorxa rayonunda qəfil daşqınlar evləri, körpüləri və infrastrukturu dağıdıb, dörd nəfər itkin düşüb. Əks-səda “The Kathmandu Post” qəzetinə istinadən xəbər verir ki, fəlakət 11 oktyabr səhər Budhi-Qandaki çayında qeydə alınıb. Güclü axın bir neçə evi, iki asma piyada körpüsünü və avtomobil körpüsünü yuyub aparıb. Bundan əlavə, daşqın Budhi-Qanda su elektrik stansiyasının tikinti sahəsinə ciddi ziyan […]

Hadisə

Nepalın Qorxa rayonunda qəfil daşqınlar evləri, körpüləri və infrastrukturu dağıdıb, dörd nəfər itkin düşüb.

Əks-səda “The Kathmandu Post” qəzetinə istinadən xəbər verir ki, fəlakət 11 oktyabr səhər Budhi-Qandaki çayında qeydə alınıb.

Güclü axın bir neçə evi, iki asma piyada körpüsünü və avtomobil körpüsünü yuyub aparıb.

Bundan əlavə, daşqın Budhi-Qanda su elektrik stansiyasının tikinti sahəsinə ciddi ziyan vurub və bəzi avadanlıqları məhv edib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.