• Home  
  • Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
- Dünya - Gündəm - Hadisə

Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb

Kolumbiyanın Bolivar departamentinin cənubunda, Santa-Rosa bələdiyyəsində yerləşən hərbi obyektə partlayıcı qurğularla təchiz edilmiş pilotsuz uçuş aparatları ilə hücum nəticəsində 3 hərbçi ölüb, daha 8-i ağır yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Kolumbiya Milli Ordusunun Birinci Diviziyası “X” sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, hücumdan dərhal sonra müvafiq təhlükəsizlik protokolları işə salınıb, dəymiş ziyanın miqyasını […]

Kolumbiyanın Bolivar departamentinin cənubunda, Santa-Rosa bələdiyyəsində yerləşən hərbi obyektə partlayıcı qurğularla təchiz edilmiş pilotsuz uçuş aparatları ilə hücum nəticəsində 3 hərbçi ölüb, daha 8-i ağır yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə Kolumbiya Milli Ordusunun Birinci Diviziyası “X” sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunub ki, hücumdan dərhal sonra müvafiq təhlükəsizlik protokolları işə salınıb, dəymiş ziyanın miqyasını və hücumun nəticələrini müəyyənləşdirmək üçün yoxlamalara başlanılıb.

Yaralı hərbçilər tibb müəssisələrinə çatdırılıb, onların müalicəsi davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.