Kolumbiyada mədəndə baş verən partlayış nəticəsində altı nəfər ölüb.
Əks-səda xəbər verir ki, bu barədə “Blu Radio” məlumat yayıb.
Məlumata görə, hadisə zamanı yerin altında olan yeddinci mədənçi səthə çıxmağı bacarıb.
Qeyd olunur ki, El Porvenir mədəni bu yaxınlarda Kolumbiyanın Milli Mədən Agentliyi tərəfindən yoxlanılıb. Yoxlama zamanı həlli tələb olunan təhlükəsizlik problemləri müəyyən edilib.


