• Home  
  • Kolumbiyada polis bölməsinə dron hücumu olub, xəsarət alanlar var
- Dünya - Gündəm - Hadisə

Kolumbiyada polis bölməsinə dron hücumu olub, xəsarət alanlar var

Kolumbiyanın şimalındakı Pelaya şəhərində polis bölməsinə dron hücumu nəticəsində altı asayiş keşikçisi yaralanıb. Əks-səda xəbər verir ki, Sesar departamentinin hökuməti bu barədə “X” sosial şəbəkəsində bildirib. “Bu səhər tezdən cinayətkarlar dronların köməyi ilə Pelayada polis bölməsinə hücum ediblər. Hücum nəticəsində altı polis əməkdaşımız yaralanıb”, – bəyanatda deyilir. Qeyd edilir ki, zərərçəkənlərdən ikisi ağır yaralanıb və xəstəxanaya […]

Kolumbiyanın şimalındakı Pelaya şəhərində polis bölməsinə dron hücumu nəticəsində altı asayiş keşikçisi yaralanıb.

Əks-səda xəbər verir ki, Sesar departamentinin hökuməti bu barədə “X” sosial şəbəkəsində bildirib.

“Bu səhər tezdən cinayətkarlar dronların köməyi ilə Pelayada polis bölməsinə hücum ediblər. Hücum nəticəsində altı polis əməkdaşımız yaralanıb”, – bəyanatda deyilir.

Qeyd edilir ki, zərərçəkənlərdən ikisi ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Yerli hakimiyyət orqanları bildirib ki, hücumda iştirak edənləri axtarmaq və yaxalamaq üçün hərbi və polis bölmələri səfərbər edilib.

Hücumçuların yerini müəyyənləşdirməyə kömək edəcək məlumata görə 150 milyon Kolumbiya pesosu (təxminən 47 min ABŞ dolları) məbləğində mükafat vəd olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.