• Home  
  • Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. Əks-səda xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti “İslam Dövləti” ilə əlaqəli olan “Demokratik Qüvvələr Alyansı” (ADF) qruplaşmasının üzərinə qoyurlar. Hücum edənlər bir neçə məhəlləyə basqın edib, 50-yə yaxın evi və […]

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub.

Əks-səda xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb.

Hərbçilər hücuma görə məsuliyyəti “İslam Dövləti” ilə əlaqəli olan “Demokratik Qüvvələr Alyansı” (ADF) qruplaşmasının üzərinə qoyurlar.

Hücum edənlər bir neçə məhəlləyə basqın edib, 50-yə yaxın evi və ticarət obyektlərini yandırıb, aptekləri və tibb mərkəzlərini qarət edib, bundan sonra isə meşədə gizləniblər.

Bu, bir həftə ərzində ADF qruplaşması ilə əlaqələndirilən artıq ikinci hücumdur. Noyabrın 3-də silahlı şəxslər Lubero rayonundakı Maykenqu kəndinə də hücum etmişdilər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.