Almaniyanın “Bavariya” komandası UEFA Çempionlar Liqasında uğurlu seriyasını davam etdirir.
Əks-səda xəbər verir ki, Münhen təmsilçisi turnirin əsas (qrup) mərhələsində keçirdiyi son 39 ev oyununda məğlub olmayıb.
Komanda bu qarşılaşmaların 37-də qələbə qazanıb, 2 matçda isə heç-heçə edib. “Bavariya” 13 ildir davam edən seriyasını qoruyur.
Almaniya təmsilçisi ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Norveçin “Budyo-Qlimt” komandasını 5:0 hesabı ilə məğlub edib.


