• Home  
  • Krakovda baş verən atışmada 2 nəfər ölüb, 10 yaralı var
- Dünya - Gündəm - Hadisə

Krakovda baş verən atışmada 2 nəfər ölüb, 10 yaralı var

Polşanın Krakov şəhərinin əsas bazar meydanında baş verən atışma nəticəsində iki nəfər ölüb, iki polis əməkdaşı da daxil olmaqla 10 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb. Qeyd olunub ki, hadisə axşam saatlarına yaxın baş verib. Naməlum şəxs avtomobillə şəhərin əsas bazar meydanı istiqamətində hərəkət edərkən yoldan keçən insanlara nizamsız şəkildə atəş […]

Polşanın Krakov şəhərinin əsas bazar meydanında baş verən atışma nəticəsində iki nəfər ölüb, iki polis əməkdaşı da daxil olmaqla 10 nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb.

Qeyd olunub ki, hadisə axşam saatlarına yaxın baş verib. Naməlum şəxs avtomobillə şəhərin əsas bazar meydanı istiqamətində hərəkət edərkən yoldan keçən insanlara nizamsız şəkildə atəş açmağa başlayıb.

Hadisə yerində xilasetmə əməliyyatı aparılır. Əraziyə tibbi helikopter də cəlb olunub. Atışma nəticəsində mağazalardan birinə və tramvaya da ziyan dəyib.

Polşanın Baş naziri Donald Tusk hadisəyə münasibət bildirib. O, “X” sosial şəbəkəsində daxili işlər nazirinin Krakovdakı vəziyyətlə bağlı onu məlumatlandırdığını qeyd edib.

“Daxili işlər naziri faciəvi atışmadan sonra Krakovdakı vəziyyət barədə məni məlumatlandırır. Polis hücumun bütün hallarını araşdırır”, – Tusk yazıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.