• Home  
  • Rusiyanın Kostroma vilayətində baş verən yol qəzasında üçü uşaq olmaqla, beş nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Rusiyanın Kostroma vilayətində baş verən yol qəzasında üçü uşaq olmaqla, beş nəfər ölüb

Rusiyanın Kostroma vilayətinin Kadıy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində üçü uşaq olmaqla, beş nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb. Dudino kəndi yaxınlığında baş verən qəzada “Niva” markalı minik avtomobili ilə yük avtomobili toqquşub. İlkin məlumata görə, minik avtomobilinin sürücüsü qarşı hərəkət zolağına çıxıb və […]

Rusiyanın Kostroma vilayətinin Kadıy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində üçü uşaq olmaqla, beş nəfər həlak olub.

Əks-səda xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.

Dudino kəndi yaxınlığında baş verən qəzada “Niva” markalı minik avtomobili ilə yük avtomobili toqquşub. İlkin məlumata görə, minik avtomobilinin sürücüsü qarşı hərəkət zolağına çıxıb və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitəsi ilə toqquşub.

Yol-nəqliyyat hadisəsi nəticəsində yetkinlik yaşına çatmayanlar da daxil olmaqla, beş nəfər həlak olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.