• Home  
  • Krımda hərbi aerodromda güclü yanğın baş verib
- Dünya - Gündəm - Hadisə

Krımda hərbi aerodromda güclü yanğın baş verib

Avqustun 7-nə keçən gecə Rusiyanın ilhaq etdiyi Krım yarımadasındakı “Qvardeyskoye” hərbi aerodromunda bir neçə güclü partlayışdan sonra böyük yanğın başlayıb. Əks-səda xəbər verir ki, bu barədə “Krımski Veter” Telegram kanalı məlumat yayıb. Məlumata görə, aerodrom ərazisində eyni vaxtda iki yanğın ocağı qeydə alınıb. Son məlumata əsasən, obyektin ərazisində yanacaq-sürtkü materialları anbarı yanır. Ərazidə sursatların detonasiyası da […]

Avqustun 7-nə keçən gecə Rusiyanın ilhaq etdiyi Krım yarımadasındakı “Qvardeyskoye” hərbi aerodromunda bir neçə güclü partlayışdan sonra böyük yanğın başlayıb.

Əks-səda xəbər verir ki, bu barədə “Krımski Veter” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, aerodrom ərazisində eyni vaxtda iki yanğın ocağı qeydə alınıb.

Son məlumata əsasən, obyektin ərazisində yanacaq-sürtkü materialları anbarı yanır. Ərazidə sursatların detonasiyası da davam edir.

Qeyd olunur ki, Rusiya ordusu bu aerodromdan zərbə pilotsuz uçuş aparatlarını buraxmaq üçün istifadə edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.