• Home  
  • “Sabah”ın UEFA Çempionlar Liqasındakı oyununun hakimləri dəyişdirilib
- Gündəm - Idman - Ölkə

“Sabah”ın UEFA Çempionlar Liqasındakı oyununun hakimləri dəyişdirilib

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Sabah” – “Orhus” oyununun hakimlər briqadasında dəyişiklik edilib. Əks-səda xəbər verir ki, qurum daha əvvəl qarşılaşmaya Joao Pineyronun rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadasını təyin etsə də, sonradan bu qərarı dəyişib. Bakıda keçiriləcək görüşü Fransadan olan Villi Delajo idarə edəcək. Ona Ervan Finjean və Valentin Evrard kömək edəcəklər. Dördüncü hakim Erik […]

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Sabah” – “Orhus” oyununun hakimlər briqadasında dəyişiklik edilib.

Əks-səda xəbər verir ki, qurum daha əvvəl qarşılaşmaya Joao Pineyronun rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadasını təyin etsə də, sonradan bu qərarı dəyişib.

Bakıda keçiriləcək görüşü Fransadan olan Villi Delajo idarə edəcək. Ona Ervan Finjean və Valentin Evrard kömək edəcəklər.

Dördüncü hakim Erik Vattellier olacaq. VAR hakimi funksiyasını Bastien Deşepi, AVAR vəzifəsini isə Nikolya Rainvill yerinə yetirəcək.

Qeyd edək ki, “Sabah” – “Orhus” qarşılaşması avqustun 11-də “Bank Respublika Arena”da keçiriləcək. İlk oyunda Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.