• Home  
  • Kuzbassda kömür mədənində yanğın səbəbindən 300-dən çox insan təxliyə edilib
- Dünya - Gündəm - Hadisə

Kuzbassda kömür mədənində yanğın səbəbindən 300-dən çox insan təxliyə edilib

Kuzbassda “Raspadskaya” mədəninin demontaj kamerasında gecə saatlarında yanğın baş verib, 305 işçi təxliyə edilib, xəsarət alan yoxdur. Əks-səda xəbər verir ki, bu barədə Rusiya mediası Fövqəladə Hallar Nazirliyinin Kemerovo vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Yanğının artıq söndürüldüyü bildirilir. “Raspadskaya” Rusiyanın ən böyük kömür mədənidir, onun ehtiyatları təxminən 451 milyon ton təşkil edir. […]

Hadisə

Kuzbassda “Raspadskaya” mədəninin demontaj kamerasında gecə saatlarında yanğın baş verib, 305 işçi təxliyə edilib, xəsarət alan yoxdur.

Əks-səda xəbər verir ki, bu barədə Rusiya mediası Fövqəladə Hallar Nazirliyinin Kemerovo vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Yanğının artıq söndürüldüyü bildirilir.

“Raspadskaya” Rusiyanın ən böyük kömür mədənidir, onun ehtiyatları təxminən 451 milyon ton təşkil edir. Mədən 100 minə yaxın insanın yaşadığı Mejdureçensk şəhəri yaxınlığında yerləşir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.