• Home  
  • Lamin Yamal şəxsi rekordunu təkrarlayıb
- Dünya - Gündəm - Idman

Lamin Yamal şəxsi rekordunu təkrarlayıb

İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal şəxsi rekordunu təkrarlayıb. Əks-səda xəbər verir ki, 19 yaşlı vinger buna La Liqanın VI turunda “Rasinq”lə oyunda fərqlənməklə nail olub. 7:2 hesabı ilə qalib gəldikləri matçda sonuncu qolun müəllifi olan Yamal ardıcıl 5 görüşdə rəqib qapılarına yol tapır. Bu, onun karyerasında ardıcıl 5 görüşdə qol vurduğu ikinci belə haldır. Xatırladaq […]

İdman

İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal şəxsi rekordunu təkrarlayıb.

Əks-səda xəbər verir ki, 19 yaşlı vinger buna La Liqanın VI turunda “Rasinq”lə oyunda fərqlənməklə nail olub.

7:2 hesabı ilə qalib gəldikləri matçda sonuncu qolun müəllifi olan Yamal ardıcıl 5 görüşdə rəqib qapılarına yol tapır. Bu, onun karyerasında ardıcıl 5 görüşdə qol vurduğu ikinci belə haldır.

Xatırladaq ki, İspaniya millisinin üzvü “Rasinq”lə qarşılaşmadan əvvəl “Rayo Valyekano” (dubl), “Valensiya” (dubl), “Feyenoord” və “Levante” (dubl) ilə qarşılaşmalarda fərqlənmişdi.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.