• Home  
  • Tramp ABŞ-də Kanadanın “Bombardier” təyyarələrinin satışını dayandırmağa çağırıb
- Dünya - Gündəm - Siyasət

Tramp ABŞ-də Kanadanın “Bombardier” təyyarələrinin satışını dayandırmağa çağırıb

Amerika lideri Donald Tramp Kanadanın “Bombardier” maşınqayırma şirkətinin məhsullarını kifayət qədər yaxşı hesab etməyərək, onların ABŞ-də satışını dayandırmağa çağırıb. Əks-səda xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social”da yazıb. “ABŞ-də daha heç bir “Bombardier” satışı olmasın! Onların məhsulları kifayət qədər yaxşı deyil! Gəlirlərinin 50%-dən çoxu Birləşmiş Ştatlardan daxil olur. Onlar Amerika alıcıları, şirkətləri, hava limanları […]

Siyasət

Amerika lideri Donald Tramp Kanadanın “Bombardier” maşınqayırma şirkətinin məhsullarını kifayət qədər yaxşı hesab etməyərək, onların ABŞ-də satışını dayandırmağa çağırıb.

Əks-səda xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social”da yazıb.

“ABŞ-də daha heç bir “Bombardier” satışı olmasın! Onların məhsulları kifayət qədər yaxşı deyil! Gəlirlərinin 50%-dən çoxu Birləşmiş Ştatlardan daxil olur. Onlar Amerika alıcıları, şirkətləri, hava limanları və xidmətləri hesabına yaşayırlar”, – paylaşımda bildirilir.

O, Amerikanın “Gulfstream Aerospace” şirkətinin Kanadada biznes qadağası ilə üzləşməsini ədalətsiz qərar adlandırıb.

“Bu dövr başa çatıb! Əgər onlar bizim bazarı istəyirlərsə, burada inşa etməli və Amerikaya “pul daxılı” kimi yanaşmağı dayandırmalıdırlar. Amerika istehsalı olanı alın. Amerika avialaynerlərində uçun. Amerika gölündə üzün”, – Tramp yekunlaşdırıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.