• Home  
  • Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
- Cəmiyyət - Gündəm - Ölkə

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 27-də Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi ilə görüşüb. Əks-səda xəbər verir ki, qonaq Bakının möhtəşəm memarlığı və Zəfər muzeyi ilə bağlı təəssüratlarını bölüşüb. Söhbət zamanı Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında mövcud səmərəli əməkdaşlığın səviyyəsi müsbət dəyərləndirilib. Həmçinin ölkəmizdə turizm sektorunun inkişafına dövlət səviyyəsində göstərilən […]

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 27-də Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi ilə görüşüb.

Əks-səda xəbər verir ki, qonaq Bakının möhtəşəm memarlığı və Zəfər muzeyi ilə bağlı təəssüratlarını bölüşüb.

Söhbət zamanı Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında mövcud səmərəli əməkdaşlığın səviyyəsi müsbət dəyərləndirilib.

Həmçinin ölkəmizdə turizm sektorunun inkişafına dövlət səviyyəsində göstərilən xüsusi diqqət və qayğı qeyd olunub, paytaxtla yanaşı, regionlarda da müasir turizm infrastrukturunun yaradıldığı bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.