• Home  
  • Litvada qasırğa səbəbindən yüz minlərlə insan işıqsız qalıb
- Cəmiyyət - Dünya - Gündəm

Litvada qasırğa səbəbindən yüz minlərlə insan işıqsız qalıb

Litvada 250 mindən çox abonent qasırğa səbəbindən elektrik enerjisindən məhrum olub. Əks-səda xəbər verir ki, bu barədə yerli operator “Energijos Skirstymo Operaterius” məlumat yayıb. “Saat 21:00-a (Bakı vaxtı ilə ötən gün saat 22:00) olan məlumata görə, 256 min istehlakçının elektrik enerjisi yoxdur”, – açıqlamada deyilir. Litva Milli Radiosunun məlumatına görə, fırtına nəticəsində bir nəfər ölüb. Qasırğa […]

Litva

Litvada 250 mindən çox abonent qasırğa səbəbindən elektrik enerjisindən məhrum olub.

Əks-səda xəbər verir ki, bu barədə yerli operator “Energijos Skirstymo Operaterius” məlumat yayıb.

“Saat 21:00-a (Bakı vaxtı ilə ötən gün saat 22:00) olan məlumata görə, 256 min istehlakçının elektrik enerjisi yoxdur”, – açıqlamada deyilir.

Litva Milli Radiosunun məlumatına görə, fırtına nəticəsində bir nəfər ölüb. Qasırğa gücündə küləklər Anikşyaysk rayonunda bir ağacı aşırıb və ağac yerli sakinin üzərinə düşərək ölümcül xəsarət yetirib.

Xilasetmə xidmətləri ağacların avtomobillərin üstünə aşması ilə bağlı 69, binalara düşməsi ilə bağlı 62, elektrik dirəklərinin üstünə düşməsi ilə bağlı 29 hadisə qeydə alıb.

Dünən səhər Litvada 28-30 m/s sürətlə qasırğa gücündə külək qeydə alınıb və güclü yağış yağıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.