• Home  
  • Rusiya Sumı və Dnepropetrovska zərbə endirib: ölənlər və xəsarət alanlar var
- Dünya - Gündəm - Hadisə

Rusiya Sumı və Dnepropetrovska zərbə endirib: ölənlər və xəsarət alanlar var

Rusiya Ukraynanın Sumı və Dnepropetrovsk vilayətlərinə zərbələr endirib, nəticədə 3 nəfər həlak olub, 30 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti və Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib. Məlumata görə, ötən sutka ərzində Rusiyanın Sumı vilayətinə hücumları nəticəsində 25 nəfər xəsarət alıb. Bundan başqa, Rusiya qoşunları pilotsuz uçuş […]

Rusiya Ukraynanın Sumı və Dnepropetrovsk vilayətlərinə zərbələr endirib, nəticədə 3 nəfər həlak olub, 30 nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti və Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.

Məlumata görə, ötən sutka ərzində Rusiyanın Sumı vilayətinə hücumları nəticəsində 25 nəfər xəsarət alıb.

Bundan başqa, Rusiya qoşunları pilotsuz uçuş aparatları və artilleriyadan istifadə etməklə Dnepropetrovsk vilayətinin beş rayonuna 20 dəfədən çox zərbə endirib. Nəticədə 3 nəfər həlak olub, 5 nəfər yaralanıb.

A.Qanjanın sözlərinə görə, ölənlər və xəsarət alanlar arasında uşaqlar da var.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.