• Home  
  • Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub
- Dünya - Gündəm - Maraqlı

Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub

Livan parlamenti ölüm hökmünün ləğv edilməsinə səs verib. Əks-səda xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Yalnız “Hizbullah”ın parlament bloku qərarı dəstəkləməyib. Bildirilir ki, bununla da Livan edam cəzasını ləğv edərək, onu ömürlük həbs və ağırlaşdırılmış məcburi əmək cəzası ilə əvəz edən ilk ərəb ölkəsi olub. Livanda 2004-cü ilin yanvarından edamların icrasına qeyri-rəsmi moratorium […]

Livan parlamenti ölüm hökmünün ləğv edilməsinə səs verib.

Əks-səda xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Yalnız “Hizbullah”ın parlament bloku qərarı dəstəkləməyib.

Bildirilir ki, bununla da Livan edam cəzasını ləğv edərək, onu ömürlük həbs və ağırlaşdırılmış məcburi əmək cəzası ilə əvəz edən ilk ərəb ölkəsi olub.

Livanda 2004-cü ilin yanvarından edamların icrasına qeyri-rəsmi moratorium tətbiq olunur. Buna baxmayaraq, həmin dövrdən bəri onlarla ölüm hökmü çıxarılıb, lakin sonradan onların icrası dayandırılıb və ya başqa cəza növü ilə əvəzlənib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.