• Home  
  • “Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
- Gündəm - Hadisə - Ölkə

“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib

Frankfurt–Dehli marşrutu üzrə hərəkət edən “Lufthansa” aviaşirkətinin LH760 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib. Əks-səda xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, məcburi enişə səbəb hava gəmisində yaranan texniki nasazlıq olub. Boeing 787 tipli hava gəmisi Bakı vaxtı […]

Hadisə

Frankfurt–Dehli marşrutu üzrə hərəkət edən “Lufthansa” aviaşirkətinin LH760 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Əks-səda xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, məcburi enişə səbəb hava gəmisində yaranan texniki nasazlıq olub.

Boeing 787 tipli hava gəmisi Bakı vaxtı ilə saat 23:26-da Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz eniş edib.

Hava limanının aidiyyəti xidmətləri tərəfindən bütün zəruri tədbirlər görülüb, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi təmin olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.