Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Əks-səda xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
“Cəmiyyət sizin səfərlərinizi böyük maraqla qarşılayır. Qonşular və digər dövlət rəhbərləri isə bizim görüşümüzü diqqətlə izləyirlər”, – Aleksandr Lukaşenko görüş zamanı bildirib.
Bu, Belarus-ABŞ təmaslarının ilk raundu deyil. Aleksandr Lukaşenko daha əvvəl Con Koulla bir neçə dəfə görüşüb. Əvvəlki görüş bu ilin martında baş tutub.


