• Home  
  • İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

Bu gün İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 7 fələstinli ölüb. Əks-səda “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə anklavın səhiyyə orqanlarının nümayəndələri bildiriblər. Onların məlumatına görə, İsrailin Qəzza şəhərindəki yaşayış binasına endirdiyi aviazərbə nəticəsində 1 qadın ölüb, onun əri və daha bir neçə nəfər isə yaralanıb. İsrail Müdafiə Ordusunun iddiasına görə, zərbənin hədəfi […]

Hadisə

Bu gün İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 7 fələstinli ölüb.

Əks-səda “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə anklavın səhiyyə orqanlarının nümayəndələri bildiriblər.

Onların məlumatına görə, İsrailin Qəzza şəhərindəki yaşayış binasına endirdiyi aviazərbə nəticəsində 1 qadın ölüb, onun əri və daha bir neçə nəfər isə yaralanıb. İsrail Müdafiə Ordusunun iddiasına görə, zərbənin hədəfi hərbçilərə hücumlar planlaşdıran HƏMAS yaraqlısı olub.

Qeyd olunub ki, Qəzza şəhərinin Təl-əl-Həva rayonunda İsrailin endirdiyi daha bir aviazərbə nəticəsində azı 4 nəfər ölüb, 14 nəfər isə yaralanıb. Anklavın cənubunda, Xan-Yunisdə məscidin yaxınlığına endirilən zərbə nəticəsində yerli jurnalist Məhəmməd Əl-Nəccar həlak olub, bir neçə nəfər yaralanıb.

Daha sonra Qəzza zolağının cənubundakı Qarara şəhəri yaxınlığında İsrailin hava zərbəsi nəticəsində 1 nəfər ölüb. Beləliklə, gün ərzində həlak olanların sayı azı 7 nəfər təşkil edib.

Qəzza Səhiyyə Nazirliyinin son məlumatlarına görə, atəşkəs elan ediləndən bəri azı 1 400 nəfər həlak olub. İsrail isə 4 hərbçisinin öldüyünü bildirir.

Fələstin hakimiyyəti bildirib ki, 2023-cü ilin oktyabrından bəri İsrailin hücumları nəticəsində Qəzzada 74 mindən çox insan ölüb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.