• Home  
  • SEPAH Hörmüz boğazında iki tankerin partlaması barədə məlumat yayıb
- Dünya - Manşet

SEPAH Hörmüz boğazında iki tankerin partlaması barədə məlumat yayıb

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Hörmüz boğazında gəmiçilik qaydalarını pozan iki tanker partlayıb. Əks-səda xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. SEPAH-ın iddiasına görə, gəmilər ABŞ hərbçilərinin onları buna guya məcbur etməsindən sonra boğazın cənub hissəsində təhlükəli marşrutla hərəkət etməyə cəhd göstəriblər. Partlayışlar nəticəsində tankerlər yollarına davam edə bilməyiblər. Bəyanatda vurğulanıb ki, ABŞ […]

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Hörmüz boğazında gəmiçilik qaydalarını pozan iki tanker partlayıb.

Əks-səda xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

SEPAH-ın iddiasına görə, gəmilər ABŞ hərbçilərinin onları buna guya məcbur etməsindən sonra boğazın cənub hissəsində təhlükəli marşrutla hərəkət etməyə cəhd göstəriblər. Partlayışlar nəticəsində tankerlər yollarına davam edə bilməyiblər.

Bəyanatda vurğulanıb ki, ABŞ silahlı qüvvələrinin regionda mövcudluğu hüquqi qüvvəyə malik deyil və İran Amerika tərəfinin hərəkətlərinə cavab vermək niyyətindədir.

Bundan əlavə, SEPAH xəbərdarlıq edib ki, ABŞ əməliyyatları dayandırılana qədər Hörmüz boğazından keçən neft, qaz və kimyəvi maddələr daşıyan gəmilər üçün bu marşrut təhlükəsiz hesab edilə bilməz.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.