Fransa Prezidenti Emmanuel Makron Rusiya-Ukrayna münaqişəsi zamanı enerji obyektlərinə və dəniz gəmilərinə hücumlara moratorium qoyulmasına çağırıb.
Əks-səda xəbər verir ki, o, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında bildirib.
“Biz ikiqat moratorium tətbiq etmək təşəbbüsünü dəstəkləyirik: hər iki tərəfdə, eləcə də Qara dənizdə enerji fəaliyyətinə moratorium qoyulması, bu da taxıl ixracını təmin edəcək və bir çox inkişaf etməkdə olan ölkələr üçün çox vacib olan qida təhlükəsizliyi məsələsini həll edəcək”, – Makron deyib.


