• Home  
  • Yaponiyada “Duszyuan” tayfunu doqquz nəfərin ölümünə səbəb olub
- Dünya - Gündəm - Hadisə

Yaponiyada “Duszyuan” tayfunu doqquz nəfərin ölümünə səbəb olub

Sentyabrın 20-də Yaponiyanın Honsü adasının mərkəzi Sakit okean sahili boyunca keçən “Duszyuan” tayfununun nəticəsində 9 nəfər ölüb, daha 4 nəfər itkin düşüb. Əks-səda xəbər verir ki, bu barədə Kanaqava və Çiba prefekturalarının polisi xəbər verib. Ölüm hallarının əksəriyyəti güclü yağışların yaratdığı torpaq sürüşmələri nəticəsində baş verib. Bəziləri su basmış düzənlik ərazilərdə qalmış avtomobillərdə boğulub. Torpaq sürüşmələri […]

Hadisə

Sentyabrın 20-də Yaponiyanın Honsü adasının mərkəzi Sakit okean sahili boyunca keçən “Duszyuan” tayfununun nəticəsində 9 nəfər ölüb, daha 4 nəfər itkin düşüb.

Əks-səda xəbər verir ki, bu barədə Kanaqava və Çiba prefekturalarının polisi xəbər verib.

Ölüm hallarının əksəriyyəti güclü yağışların yaratdığı torpaq sürüşmələri nəticəsində baş verib. Bəziləri su basmış düzənlik ərazilərdə qalmış avtomobillərdə boğulub.

Torpaq sürüşmələri nəticəsində 500-dən çox evə ciddi ziyan dəyib. İki prefekturada təxminən 25 000 ev elektriksiz qalıb.

Bölgədə hələ də 100-dən çox su basmış və dayanmış nəqliyyat vasitəsi yollarda qalıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.