“Mançester Siti” klubunun yarımmüdafiəçisi Sverre Nyupan icarə əsasında “Lommel”ə (Belçika) keçib.
“Əks-səda” xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İcarə bir mövsüm üçün hesablanıb və satınalma hüququ nəzərdə tutulmayıb.
“Mançester Siti” Sverre Nyupanı 2025-ci ilin yayında transfer edib. 19 yaşlı norveçli futbolçu indiyədək komandanın heyətində rəsmi oyuna çıxmayıb.


