İspaniyanın “Real” klubunun futbolçusu Eduardu Kamavinqa karyerasını İngiltərədə davam etdirə bilər.
Əks-səda xəbər verir ki, “Mançester Yunayted” 23 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
“Qırmızı şeytanlar” fransalı oyunçunun klubu ilə də danışıqlara start verib.
Xatırladaq ki, Eduardu Kamavinqa 2025/2026 mövsümündə La Liqada 29 oyunda 1 qolla yadda qalıb.


