• Home  
  • Mark Kasado “Barselona”dan ayrılma` niyyətindədir
- Dünya - Gündəm - Idman

Mark Kasado “Barselona”dan ayrılma` niyyətindədir

İspaniyalı futbolçu Mark Kasado “Barselona” klubundan ayrılmağa yaxındır. Əks-səda yerli mətbuata istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Hazırkı ölkə çempionunun baş məşqçisi Hans-Diter Flik onun gələcək planlarına daxil olmadığını bildirib. Onun karyerasını harada davam etdirəcəyi hələlik məlum deyil. Oyunçunun agenti Xorxe Mendeş müştərisi üçün uyğun variantlar axtarır. Xatırladaq ki, M.Kasado […]

İspaniyalı futbolçu Mark Kasado “Barselona” klubundan ayrılmağa yaxındır.

Əks-səda yerli mətbuata istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisi ilə vidalaşmaq niyyətindədir.

Hazırkı ölkə çempionunun baş məşqçisi Hans-Diter Flik onun gələcək planlarına daxil olmadığını bildirib.

Onun karyerasını harada davam etdirəcəyi hələlik məlum deyil. Oyunçunun agenti Xorxe Mendeş müştərisi üçün uyğun variantlar axtarır.

Xatırladaq ki, M.Kasado ötən mövsüm bütün yarışlarda 34 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.