• Home  
  • Mask “Starlink”in ötürmə qabiliyyətinin 100 dəfə artacağını açıqlayıb
- Dünya - Gündəm - Texnologiya

Mask “Starlink”in ötürmə qabiliyyətinin 100 dəfə artacağını açıqlayıb

“Starlink” peyk şəbəkəsinin tutumu növbəti iki-üç ildə yeni nəsil peyklərin buraxılması sayəsində 100 dəfə artacaq. Əks-səda xəbər verir ki, “SpaceX” şirkətinin qurucusu İlon Mask bunu sahibkar Ron Beronla müsahibəsində açıqlayıb. “Hazırda orbitdə 11 000 peyk var. Bunlar əsasən V2 aparatlarıdırr. Biz yenicə V2-nin tutumundan 10 dəfədən çox olan V3 peyklərini buraxmağa başlamışıq. Biz 10 dəfə çox […]

“Starlink” peyk şəbəkəsinin tutumu növbəti iki-üç ildə yeni nəsil peyklərin buraxılması sayəsində 100 dəfə artacaq.

Əks-səda xəbər verir ki, “SpaceX” şirkətinin qurucusu İlon Mask bunu sahibkar Ron Beronla müsahibəsində açıqlayıb.

“Hazırda orbitdə 11 000 peyk var. Bunlar əsasən V2 aparatlarıdırr. Biz yenicə V2-nin tutumundan 10 dəfədən çox olan V3 peyklərini buraxmağa başlamışıq. Biz 10 dəfə çox işə salmağı planlaşdırırıq. Beləliklə, iki-üç il ərzində “Starlink”in ötürmə qabiliyyəti hazırkı tutumundan 100 dəfə çox olacaq”, – Mask deyib.

O, həmçinin yeni nəsil “Starlink”in V4 peyklərinin V3 peyklərindən 10 dəfə daha güclü olacağını açıqlayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.