“Starlink” peyk şəbəkəsinin tutumu növbəti iki-üç ildə yeni nəsil peyklərin buraxılması sayəsində 100 dəfə artacaq.
Əks-səda xəbər verir ki, “SpaceX” şirkətinin qurucusu İlon Mask bunu sahibkar Ron Beronla müsahibəsində açıqlayıb.
“Hazırda orbitdə 11 000 peyk var. Bunlar əsasən V2 aparatlarıdırr. Biz yenicə V2-nin tutumundan 10 dəfədən çox olan V3 peyklərini buraxmağa başlamışıq. Biz 10 dəfə çox işə salmağı planlaşdırırıq. Beləliklə, iki-üç il ərzində “Starlink”in ötürmə qabiliyyəti hazırkı tutumundan 100 dəfə çox olacaq”, – Mask deyib.
O, həmçinin yeni nəsil “Starlink”in V4 peyklərinin V3 peyklərindən 10 dəfə daha güclü olacağını açıqlayıb.


