Fransanın şimalındakı “Qravelin” Atom Elektrik Stansiyasının (AES) filtrasiya sistemlərinə meduzaların kütləvi axını EDF şirkətini üç reaktorun fəaliyyətini dayandırmağa və dördüncüsündə elektrik enerjisi istehsalını azaltmağa məcbur edib.
Əks-səda xəbər verir ki, bu barədə BFMTV telekanalı şirkətin məlumatına istinadən bildirib.
“Bu vəziyyətin obyektlərin və personalın təhlükəsizliyi ya da ətraf mühit üçün heç bir fəsadı yoxdur”, – şirkətdən qeyd edilib.
“Qravelin” AES bir il əvvəl də analoji problemlə üzləşmişdi. O zaman meduzalara görə dörd reaktorun fəaliyyəti dayandırılmışdı.
Fransanın hər yerində quraqlıq və isti hava səbəbindən AES-lərin fəaliyyətinin dayandırılması ilə bağlı rekord göstərici müşahidə olunur, bu da elektrik enerjisi istehsalına təsir edir. Avqustun 9-u elektrik enerjisində 15,6% kəsir müşahidə olunub.


