• Home  
  • “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir
- Cəmiyyət - Gündəm - Ölkə

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. Əks-səda xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. Qərara əsasən, Cəmiyyətin işçilərinin say həddi 230 ştat vahidi müəyyən […]

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Əks-səda xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.

Qərara əsasən, Cəmiyyətin işçilərinin say həddi 230 ştat vahidi müəyyən edilib.

Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi isə Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.