• Home  
  • Messi İspaniyadakı meşə yanğınlarından zərər çəkən bölgəyə 80 min avro ianə edib
- Dünya - Gündəm - Idman

Messi İspaniyadakı meşə yanğınlarından zərər çəkən bölgəyə 80 min avro ianə edib

ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi İspaniyada meşə yanğınlarından zərər çəkən bölgəyə 80 min avro ianə edib. Əks-səda xəbər verir ki, bu barədə Madrid Muxtar İcmasının rəhbəri İsabel Dias Ayuso “X” sosial şəbəkəsində məlumat yayıb. Ayuso bildirib ki, argentinalı futbolçu bölgənin bərpasına dəstək məqsədilə maliyyə yardımı göstərib. “Leonel Messi 80 min avro ianə edib. Ona təşəkkür […]

ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi İspaniyada meşə yanğınlarından zərər çəkən bölgəyə 80 min avro ianə edib.

Əks-səda xəbər verir ki, bu barədə Madrid Muxtar İcmasının rəhbəri İsabel Dias Ayuso “X” sosial şəbəkəsində məlumat yayıb.

Ayuso bildirib ki, argentinalı futbolçu bölgənin bərpasına dəstək məqsədilə maliyyə yardımı göstərib.

“Leonel Messi 80 min avro ianə edib. Ona təşəkkür etmək istəyirəm. Biz, madridlilər, onu tezliklə burada qəbul etməyi və ona layiq olduğu alqışlarla təşəkkür etməyi ümid edirik”, – deyə Ayuso qeyd edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.