• Home  
  • Messi İspaniyanın “Eldense” klubunun sahibi olub
- Dünya - Gündəm - Idman

Messi İspaniyanın “Eldense” klubunun sahibi olub

Argentinalı futbolçu Lionel Messi İspaniyanın “Eldense” klubunun sahibi olub. Əks-səda xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Razılaşma İspaniyanın Ali İdman Şurası tərəfindən təsdiqlənməlidir. Sentyabrda “Marca” nəşri Messinin “Eldense”ni almaqla bağlı razılığa gəldiyini xəbər verib. Qeyd olunub ki, klubun alınması Messinin futbola investisiya yatırmaq niyyətindən irəli gəlir. İspaniya çempionatının ikinci ən güclü divizionunda çıxış […]

İdman

Argentinalı futbolçu Lionel Messi İspaniyanın “Eldense” klubunun sahibi olub.

Əks-səda xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Razılaşma İspaniyanın Ali İdman Şurası tərəfindən təsdiqlənməlidir.

Sentyabrda “Marca” nəşri Messinin “Eldense”ni almaqla bağlı razılığa gəldiyini xəbər verib. Qeyd olunub ki, klubun alınması Messinin futbola investisiya yatırmaq niyyətindən irəli gəlir.

İspaniya çempionatının ikinci ən güclü divizionunda çıxış edən “Eldense” klubu Alikante vilayətində, Kataloniyadan çox da uzaq olmayan ərazidə yerləşir. Messi peşəkar karyerasını başa vurduqdan sonra burada yaşamağı planlaşdırır.

“Eldense” 2026-cı ildə Messi tərəfindən satın alınan ikinci klub olub. Apreldə Messi Kataloniyanın “Kornelya” klubunun sahibi olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.