“Milan”ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi Franko Barezi 66 yaşında vəfat edib.
Əks-səda xəbər verir ki, bu barədə Milan təmsilçisi məlumat yayıb.
O, ciyərində keçirdiyi əməliyyatdan sonra ağır xəstəliklə mübarizə aparırdı.
F.Barezi bütün peşəkar karyerasını 1978-1997-ci illərdə çıxış etdiyi “Milan”da keçirib. O, bu müddətdə 719 matçda iştirak edib, 6 dəfə İtaliya çempionu olub, 3 dəfə Avropa Çempionları Kubokunu (UEFA Çempionlar Liqası) və 2 dəfə Qitələrarası Kuboku qazanıb, həmçinin 15 il komandanın kapitanı olub. Karyerasını başa vurduqdan sonra onun geyindiyi 6 nömrəli forma tədavüldən çıxarılıb.
İtaliya millisinin heyətində 81 oyun keçirən sabiq müdafiəçi 1982-ci ildə dünya çempionu olub və 1994-cü il dünya çempionatının finalına yüksələn milli komandanın kapitan sarğısını daşıyıb.


