• Home  
  • NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır
- Dünya - Elm - Gündəm

NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır

ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli İdarəsi (NASA) “Artemis” (Artemida) Ay proqramını sürətləndirib. Əks-səda xəbər verir ki, bu barədə NASAaY rəhbəri Cared Ayzekman bildirib. “Biz “Artemis” proqramını sürətləndiririk. Əslində, “Artemis 3″ missiyası üçün raket hazırda şaquli montaj binasında inşa olunur. Bu uçuşdan sonra 2028-ci ildə amerikalı astronavtları Ay səthinə qaytaracağıq”, – o, Florida ştatındakı Kanaveral […]

ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli İdarəsi (NASA) “Artemis” (Artemida) Ay proqramını sürətləndirib.

Əks-səda xəbər verir ki, bu barədə NASAaY rəhbəri Cared Ayzekman bildirib.

“Biz “Artemis” proqramını sürətləndiririk. Əslində, “Artemis 3″ missiyası üçün raket hazırda şaquli montaj binasında inşa olunur. Bu uçuşdan sonra 2028-ci ildə amerikalı astronavtları Ay səthinə qaytaracağıq”, – o, Florida ştatındakı Kanaveral burnunda keçirilən tədbirdə bildirib.

Qeyd edək ki, mayın sonlarında “Artemis 3” missiyasında iştirak etməsi planlaşdırılan “Blue Origin” şirkətinin “New Glenn” buraxılış raketi Kanaveral burnunda keçirilən sınaq zamanı partlayıb. Şirkət 2027-ci ildə NASA-ya yeni raket verəcəyini açıqlayıb.

“Artemis 3” heyətinin SLS raket daşıyıcısı ilə aşağı Yer orbitinə çıxarılacaq “Orion” kosmik gəmisində olacağı gözlənilir.

Bundan sonra “Orion” “Blue Origin” aparatı, daha sonra isə “SpaceX”in “Starship” gəmisi ilə birləşəcək və ayrılacaq. Missiyadan sonra heyət Yerə qayıdacaq və Sakit Okeana eniş edəcək.

Missiya iki həftə davam edəcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.