• Home  
  • Nepalda iki helikopter toqquşub, ölən və yaralanan var
- Dünya - Gündəm - Hadisə

Nepalda iki helikopter toqquşub, ölən və yaralanan var

Nepalın Everest bölgəsindəki Periçe kəndində iki helikopterin eniş zamanı toqquşması nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə “Kathmandu Post” məlumat yayıb. Bildirilib ki, hər iki pilot yüngül xəsarətlər alıb və Katmanduya aparılıb. Polisdən qeyd edilib, həlak olan hindistanlı turistin meyiti Lukladakı xəstəxanaya çatdırılıb. Toqquşma anında hər iki helikopterin […]

Nepalın Everest bölgəsindəki Periçe kəndində iki helikopterin eniş zamanı toqquşması nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

Əks-səda xəbər verir ki, bu barədə “Kathmandu Post” məlumat yayıb.

Bildirilib ki, hər iki pilot yüngül xəsarətlər alıb və Katmanduya aparılıb.

Polisdən qeyd edilib, həlak olan hindistanlı turistin meyiti Lukladakı xəstəxanaya çatdırılıb.

Toqquşma anında hər iki helikopterin göyərtəsində olan sərnişinlərin sayı hələ təsdiqlənməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.