• Home  
  • Nevada ştatında meşə yanğınları səbəbindən təxliyə elan edilib
- Dünya - Gündəm - Hadisə

Nevada ştatında meşə yanğınları səbəbindən təxliyə elan edilib

ABŞ-nin qərbindəki Nevada ştatında təxminən 90 min nəfər meşə yanğını səbəbindən təxliyə ilə bağlı bildiriş alıb. Əks-səda bu barədə “Associated Press” agentliyinə istinadən xəbər verir. Məlumata görə, yanğın avqustun 22-də Rino şəhəri yaxınlığında başlayıb, təbii fəlakət nəticəsində üçü yanğınsöndürən olmaqla, altı nəfər xəsarət alıb. Rəsmilər xəbərdarlıq ediblər ki, təxliyə olunmalı 90 min nəfərdən 42 mini təcili […]

Hadisə

ABŞ-nin qərbindəki Nevada ştatında təxminən 90 min nəfər meşə yanğını səbəbindən təxliyə ilə bağlı bildiriş alıb.

Əks-səda bu barədə “Associated Press” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, yanğın avqustun 22-də Rino şəhəri yaxınlığında başlayıb, təbii fəlakət nəticəsində üçü yanğınsöndürən olmaqla, altı nəfər xəsarət alıb.

Rəsmilər xəbərdarlıq ediblər ki, təxliyə olunmalı 90 min nəfərdən 42 mini təcili olaraq evlərini tərk etməlidir.

Bununla yanaşı, müstəntiqlər hesab edirlər ki, tüğyan edən yanğın antropogen xarakter daşıyır və bununla əlaqədar istintaq aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.