Nyu-Delhidə (Hindistan) kollec və universitetlərin yaxınlığında yerləşən bina çöküb, azı altı nəfər ölüb.
Əks-səda xəbər verir ki, bu barədə Nyu-Delhinin baş naziri Rexa Qupta bildirib.
“Binanın zirzəmisində su yığılıb. Davam edən təmir işləri nəticəsində suyun toplanması səbəbindən köhnə bina çöküb”, – o deyib.
Xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirir.


