ABŞ Prezidenti Donald Tramp Konqresə seçkilərdən əvvəl və ya sonra İrana zərbələr endirmək ehtimalını dilə gətirib, lakin bunun mütləq baş verib-verməyəcəyini deməkdən imtina edib.
Əks-səda xəbər verir ki, Tramp bu açıqlamanı “Fox News”un aparıcısının məsələ ilə bağlı sualına cavabında verib.
“Mən belə deməzdim. Demək istəyirəm ki, bu mümkündür, amma sadəcə belə demək istəmirəm”, – Tramp deyib.


