• Home  
  • Nyu-York metrosunda kişi güllələnərək öldürülüb
- Dünya - Gündəm - Hadisə

Nyu-York metrosunda kişi güllələnərək öldürülüb

Nyu-Yorkun Manhetten rayonunda metro stansiyasının platformasında təxminən 30 yaşlı kişi güllələnərək öldürülüb. Əks-səda xəbər verir ki, bu barədə şəhərin polis idarəsi məlumat yayıb. Məlumata görə, hadisə oktyabrın 17-də yerli vaxtla saat 12:21-də (Bakı vaxtı ilə saat 20:21) E xəttinin şimal istiqamətində hərəkət edən qatarlarına xidmət göstərən “53-cü küçə – Yeddinci prospekt” metro stansiyasının platformasında baş verib. […]

Nyu-Yorkun Manhetten rayonunda metro stansiyasının platformasında təxminən 30 yaşlı kişi güllələnərək öldürülüb.

Əks-səda xəbər verir ki, bu barədə şəhərin polis idarəsi məlumat yayıb.

Məlumata görə, hadisə oktyabrın 17-də yerli vaxtla saat 12:21-də (Bakı vaxtı ilə saat 20:21) E xəttinin şimal istiqamətində hərəkət edən qatarlarına xidmət göstərən “53-cü küçə – Yeddinci prospekt” metro stansiyasının platformasında baş verib.

Atəş açdıqdan sonra şübhəli şəxs hadisə yerindən qaçıb.

Polis axtarışda olan şəxsin müşahidə kameralarından əldə edilmiş fotolarını yayımlayıb və onun yerinin müəyyənləşdirilməsinə kömək edə biləcək məlumatı olan şəxsləri hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.