• Home  
  • Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var
- Dünya - Gündəm - Hadisə

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

ABŞ-nin Nyu-York şəhərində, Staten-Aylend ərazisində barjada baş verən partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə “CBS News” Nyu-York Polis Departamentinə (NYPD) istinadən məlumat yayıb. Qeyd olunub ki, hadisə yerində bir kişinin meyiti aşkarlanıb. Həlak olan şəxsin kimliyi hələlik müəyyən edilməyib. Nyu-York Yanğınsöndürmə Departamentindən bildirilib ki, partlayışın nəticələrinin aradan qaldırılması […]

Hadisə

ABŞ-nin Nyu-York şəhərində, Staten-Aylend ərazisində barjada baş verən partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə “CBS News” Nyu-York Polis Departamentinə (NYPD) istinadən məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerində bir kişinin meyiti aşkarlanıb. Həlak olan şəxsin kimliyi hələlik müəyyən edilməyib.

Nyu-York Yanğınsöndürmə Departamentindən bildirilib ki, partlayışın nəticələrinin aradan qaldırılması üçün təhlükəli maddələrlə işləyən mütəxəssislər də hadisə yerinə cəlb olunub.

Partlayış nəticəsində üzərində neft məhsulları olan konteynerin yerləşdiyi barjanın üst hissəsi zədələnib. Yanğın söndürülüb, lakin fövqəladə hallar xidmətlərinin əməkdaşları hadisə yerində işlərini davam etdirirlər. Partlayışın səbəbləri araşdırılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.