• Home  
  • Qazaxıstan hərbçilərinin Xəzərdə təlimləri başlayıb
- Dünya - Gündəm - Hadisə

Qazaxıstan hərbçilərinin Xəzərdə təlimləri başlayıb

Qazaxıstanın Hərbi Dəniz Qüvvələri (HDQ) Xəzər dənizində planlı təlimlərə başlayıb. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. “Xəzər dənizinin Qazaxıstan sektorunda Silahlı Qüvvələrin Hərbi Dəniz Qüvvələrinin planlı təlimləri başlayıb. Ekipajlar Qazaxıstan sektorunun bütün akvatoriyasından keçməli, müxtəlif şəraitlərdə fəaliyyətləri məşq etməli və praktiki atışlar həyata keçirməlidirlər”, – qurumdan bildirilib. Məlumata görə, təlimlər üç […]

Hadisə

Qazaxıstanın Hərbi Dəniz Qüvvələri (HDQ) Xəzər dənizində planlı təlimlərə başlayıb.

Əks-səda xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Xəzər dənizinin Qazaxıstan sektorunda Silahlı Qüvvələrin Hərbi Dəniz Qüvvələrinin planlı təlimləri başlayıb. Ekipajlar Qazaxıstan sektorunun bütün akvatoriyasından keçməli, müxtəlif şəraitlərdə fəaliyyətləri məşq etməli və praktiki atışlar həyata keçirməlidirlər”, – qurumdan bildirilib.

Məlumata görə, təlimlər üç mərhələli olacaq. Dənizçilər gəmilər arasında qarşılıqlı əlaqəni, naviqasiya və rabitəni, gəmini idarəetməni və silahların tətbiqini məşq edəcəklər. Sahildən aralıda ekipajlara xüsusi diqqət yetiriləcək.

Hərbi Dəniz Qüvvələri baş komandanının döyüş hazırlığı üzrə müavini, 1-ci dərəcəli kapitan Arman Satkanovun sözlərinə görə, təlimlər zamanı ekipajların praktiki vərdişlərinin daha da təkmilləşdirilməsinə xüsusi diqqət yetiriləcək.

“Toplanış-yürüş zamanı ekipajlar gəmi silahlarının tətbiqi ilə praktiki atışlar yerinə yetirəcək və birgə fəaliyyətləri məşq edəcəklər. Mərhələlər keçdikcə tapşırıqlar mürəkkəbləşəcək, təlimlərə isə əlavə bölmələr qoşulacaq. Təlimlər Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığının təkmilləşdirilməsinə imkan verəcək”, – qurumun məlumatında qeyd edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.