• Home  
  • Nyu-Yorkda yoldan keçənlərə bıçaqla hücum edən qadın öldürülüb
- Dünya - Gündəm - Hadisə

Nyu-Yorkda yoldan keçənlərə bıçaqla hücum edən qadın öldürülüb

Nyu-Yorkun turistik ərazisində bıçaqlanma hadisəsi baş verib. Əks-səda “ABC News”a istinadən xəbər verir. Telekanalın məlumatına görə, avqustun 31-i gündüz saatlarında “Times” meydanı yaxınlığında bıçaqla silahlanmış qadın azı iki nəfəri yaralayıb. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu zərərsizləşdiriblər. Telekanal qeyd edib ki, hücum olunan şəxslərdən biri xəstəxanada vəfat edib, digərinin xəsarətləri isə ağırdır. Rəsmilər bildiriblər ki, […]

Hadisə

Nyu-Yorkun turistik ərazisində bıçaqlanma hadisəsi baş verib.

Əks-səda “ABC News”a istinadən xəbər verir.

Telekanalın məlumatına görə, avqustun 31-i gündüz saatlarında “Times” meydanı yaxınlığında bıçaqla silahlanmış qadın azı iki nəfəri yaralayıb. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu zərərsizləşdiriblər.

Telekanal qeyd edib ki, hücum olunan şəxslərdən biri xəstəxanada vəfat edib, digərinin xəsarətləri isə ağırdır.

Rəsmilər bildiriblər ki, insident terror aktı olmayıb. Hazırda hücum edən şəxsin psixi sağlamlığı barədə məlumat yoxlanılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.