• Home  
  • Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 974-ə çatıb
- Dünya - Gündəm - Hadisə

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 974-ə çatıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 974 nəfərə çatıb. Əks-səda xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) Nepal polisinin son rəqəmlərinə istinadən məlumat yayıb. Yerli vaxtla 31 avqust saat 20:00-a (Bakı vaxtı ilə 18:15) olan məlumata görə, təbii fəlakət qurbanlarının sayı 974 nəfərə çatıb. Təbii fəlakət avqustun 26-sı səhər saatlarında Nepalın şimalında baş verib. İlkin […]

Hadisə

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 974 nəfərə çatıb.

Əks-səda xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) Nepal polisinin son rəqəmlərinə istinadən məlumat yayıb.

Yerli vaxtla 31 avqust saat 20:00-a (Bakı vaxtı ilə 18:15) olan məlumata görə, təbii fəlakət qurbanlarının sayı 974 nəfərə çatıb.

Təbii fəlakət avqustun 26-sı səhər saatlarında Nepalın şimalında baş verib. İlkin məlumata görə, daşqına Çinlə sərhəddə baş verən uçqun səbəb olub. Güclü su, palçıq və dağ süxurları axını çay yatağı boyunca böyük sürətlə 70 km-dən çox məsafəni qət edərək yaxınlıqdakı yaşayış məntəqələrini dağıdıb və geniş ərazinin su altında qalmasına səbəb olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.