• Home  
  • Serbiya Fransadan yeni döyüş təyyarələri alır
- Dünya - Gündəm - Siyasət

Serbiya Fransadan yeni döyüş təyyarələri alır

Serbiya Fransa istehsalı olan 12 yeni “Rafale” döyüş təyyarəsi alacaq. Əks-səda xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarında qəbul edəcək. Ondan sonra ölkəyə hər ay 1 “Rafale” gətiriləcək. S.Mali bildirib ki, təyyarələrin alınması üzrə ödənişlər qrafikə uyğun […]

Siyasət

Serbiya Fransa istehsalı olan 12 yeni “Rafale” döyüş təyyarəsi alacaq.

Əks-səda xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb.

Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarında qəbul edəcək. Ondan sonra ölkəyə hər ay 1 “Rafale” gətiriləcək.

S.Mali bildirib ki, təyyarələrin alınması üzrə ödənişlər qrafikə uyğun həyata keçirilir.

Serbiyanın texniki mandatda müdafiə naziri Bratislav Qaşiç da ordunun yeni Fransa döyüş təyyarələrini qəbul etməyə hazır olduğunu deyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.