• Home  
  • Pakistanda avtobus dərəyə aşıb: ölənlər və xəsarət alanlar var
- Dünya - Gündəm - Hadisə

Pakistanda avtobus dərəyə aşıb: ölənlər və xəsarət alanlar var

Pakistanın şərqindəki Pəncab əyalətində sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində ən azı 5 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. Əks-səda bu barədə DAWN-a istinadən xəbər verir. Məlumata görə, sürücü sürət həddini aşdığı üçün idarəetməni itirib. Hadisədən qısa müddət sonra xilasetmə xidmətləri hadisə yerinə gələrək sərnişinlərin təxliyəsinə başlayıb. Xəsarət alanlara ilkin yardım göstərilib, 20 nəfər xəstəxanaya […]

Pakistanın şərqindəki Pəncab əyalətində sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində ən azı 5 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb.

Əks-səda bu barədə DAWN-a istinadən xəbər verir.

Məlumata görə, sürücü sürət həddini aşdığı üçün idarəetməni itirib.

Hadisədən qısa müddət sonra xilasetmə xidmətləri hadisə yerinə gələrək sərnişinlərin təxliyəsinə başlayıb. Xəsarət alanlara ilkin yardım göstərilib, 20 nəfər xəstəxanaya çatdırılıb.

Yerli hakimiyyət orqanlarının dəstəyi ilə avtobus kran vasitəsilə qaldırılıb, bundan sonra həlak olan 5 nəfərin meyiti nəqliyyat vasitəsinin altından çıxarılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.